TEHSILE DORGU BIZIMLE ADDIMLAYIN!!! TEHSIL MILLETIN GELECEYIDIR
 
7-sayli
TEHSIL BIZIM GELECEYIMIZ  
  ANA SEHIFE
  BIZIMLE ELAQE
  FORUM
  HEC NE UNUDULMUR
  INŞALAR
  TOP LISTE LINKLER
  TEXNIKI PESE MEKTEBI
  DERSLIK SIYASETI
  TEHSILIN IQTISADIYYATI
  MANITORINQ VE QIYMETLENDIRME
  BEYNELXALQ EMEKDASLIQ
  UMUMI TEHSIL
  ALI VE ORTA IXTISASLI TEHSIL
  NAZIRLIK
  MEKTEBEQEDER TEHSIL
  MEKTEBDEN KENAR TALIM VE TERBIYE
  GELECEK NEDIR?
  SAYGAC
  SAYT YARAT
  REHBERLIK
SIQARETE YOX DEYEK!!!

 

NE VAXTDI KI SAYTDASIZ
HTML KODLARI.com

BU GUN 3 ziyaretçiVAR IDI
TEXNIKI PESE MEKTEBI
Texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı qüvvələrindən biri hesab olunur. Keyfiyyətli texniki peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Bununla əlaqədar, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır.
Təhsil Nazirliyinin tabeliyində 108 peşə təhsili müəssisəsi, o cümlədən 47 peşə liseyi, 1 peşə tədris mərkəzi və 59 peşə məktəbi fəaliyyət göstərir. Onlardan 8-i cəzaçəkmə müəssisələrinin nəzdindədir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” qəbul edilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.07.2007-ci il tarixli əmrinə əsasən Dövlət Proqramının icrası ilə əlaqədar Fəaliyyət Planı təsdiq edilib.
Dövlət Proqramının Tədbirlər Planının 5.13-cü bəndini, işəgötürənlərlə texniki peşə təhsili müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin təşkil edilməsi və bu prosesin tənzimlənməsi məqsədilə Təhsil Nazirliyinin müvafiq əmri ilə Əlaqələndirmə Şurası yaradılıb. Əlaqələndirmə Şurasına müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-dövlət təşkilatlarının təmsilçiləri də daxil edilib.
Hər bir dövlətin yüksək səviyyəli, inkişaf etmiş sənaye ölkəsinə çevrilməsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində atılan addımlar mühüm rol oynayır. Bu baxımdan sənayeləşmə, elmi-texniki inkişaf yüksək səviyyəli kadrların formalaşması prosesi ilə həmahəngdir.
Texniki peşə təhsili sahəsində mövcud olan problemlərin həlli ilə əlaqədar Təhsil Nazirliyi dövlət və qeyri-dövlət orqanları ilə müvafiq əməkdaşlığı genişləndirib. Belə ki, Avropa Komissiyasının, Britaniya Şurasının texniki dəstəyi ilə “Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi”, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNESKO ilə birlikdə həyata keçirilən “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsi”, Koreyanın “DEU İnternəşnl” şirkəti ilə birlikdə elektrik, avtomatlaşdırma, informasiya texnologiyaları, avtomobil təmiri, elektronika, mühərrik sahələri üzrə ixtisaslı kadr hazırlığını həyata keçirə biləcək “Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi” tikintisi, Dünya Bankı ilə II Kredit sazişi çərçivəsində “İlkin peşə təhsilinin kurrikulumunun hazırlanması” layihəsi birgə əməkdaşlığın bir qismini əhatə edir. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə gənclər arasında və kənd təsərrüfatında çalışan məcburi köçkün ailələrində peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində Avstriyanın “Hilsferk Avstria” təşkilatı ilə birgə həyata keçirilən layihə başa çatdırılıb.
İşəgötürənlərin tələbatı və regionun inkişaf xüsusiyyətləri nəzərə alınaraq Nazirlər Kabinetinin 14 oktyabr 2008-ci il, Təhsil Nazirliyinin 1221 nömrəli 07.11.2008-ci il tarixli əmrləri ilə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi yaradılıb. Qeyd olunmalıdır ki, bu son 10 ildə respublikada inşa edilən və müasir tədris binası, yeməkxanası, laboratoriyaları, emalatxanası, yataqxanası, tibb otaqları olan və zəruri avadanlıqlarla təchiz edilmiş ilk peşə təhsil müəssisəsidir.
Böyük Britaniyanın British Council təşkilatı ilə Avropa Komissiyasının “Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi” layihəsi çərçivəsində (bu kontrakt layihənin bir hissəsini təşkil edəcək) Azərbaycanın qeyri-neft sektorlarının rəqabət qabiliyyətinin və peşə təhsili sistemi məzunlarının iş tapmaq imkanlarının artırılmasına təkan vermək qarşıya məqsəd qoyulub. Layihənin icrası ilə bağlı Azərbaycan höküməti İsmayıllı Turizm Məktəbinin inşasını həyata keçirir. Beynəlxalq məsləhətçi qrupu isə milli məsləhətçilərlə birlikdə turizm və otelçilik ixtisasları üzrə kurrikulumların, peşə standartlarının və mühəndis-pedaqoji heyətin hazırlanması ilə məşğul olacaq.
Peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, milli peşə kurikulumunun yaradılması, Milli İxtisas Çərçivəsinin hazırlanması, ömür boyu, yaşlıların, qeyri-formal peşə təhsili sisteminin inkişaf etdirilməsi, özəl peşə təhsili şəbəkəsinin yaradılması və digər bu kimi məsələlər peşə təhsili sisteminin gələcək inkişaf istiqamətlərini təşkil edəcəkdir.

ALLAHI UNUTMAYAQ!  
 
html kodları web tasarım
ALLAH TEKDIR BUNU HEC KIM UNUTMASIN!!!
TURK-INGILIS TERCUMESI
www.saatbaba.com

Türkçe - İnglizce / İngilizce - Türkçe Çeviri
Kelime:

© 2008 forex


saat
 
ALLAHDANIQ BIR GUN ONA DOGRU QAYIDACAYIQ!  
 
ALLAHIN BUYURDUQLARINI UNUTMAYIN!!! QADIN BIR INCIDIR INCI ISE SEDEFDE OLAR QADININ SEDEFI HICABDIR !!!
 
KALKULYATOR  
 

k
o
d

ATALAR SOZLERI VE MESELLER
 
SAYT HAQQINDA  
 

SAYTDA ISTEDIYINIZ HER SHEYI TAPACAGINIZA INANIRIQ. TEHSIL HAQQINDA HER SHEY BIZIM SAYTMIZDA DEQIQ MELUMATLARLA YAZILIB...TEHSIL MILLETIN GELECEYIDIR ( HEYDƏR ƏLİYEV )

IP ADRES IP adresi saat
 
SHEIRLER  
  HER GUNE BIR HEDIS OXUSAQ IMANIMIZ ARTAR!!!
www.saatbaba.com
 

BIZI SECDIYINIZ UCUN HER BIRINIZE OZ MINNETDARLIGIMIZI BILDIRIRIK HER ZAMAN BIZIMLE OLUN MELUMATLAR YAZILAR YENILENIR

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol