TEHSILE DORGU BIZIMLE ADDIMLAYIN!!! TEHSIL MILLETIN GELECEYIDIR
 
7-sayli
TEHSIL BIZIM GELECEYIMIZ  
  ANA SEHIFE
  BIZIMLE ELAQE
  FORUM
  HEC NE UNUDULMUR
  INŞALAR
  TOP LISTE LINKLER
  TEXNIKI PESE MEKTEBI
  DERSLIK SIYASETI
  TEHSILIN IQTISADIYYATI
  MANITORINQ VE QIYMETLENDIRME
  BEYNELXALQ EMEKDASLIQ
  UMUMI TEHSIL
  ALI VE ORTA IXTISASLI TEHSIL
  NAZIRLIK
  MEKTEBEQEDER TEHSIL
  MEKTEBDEN KENAR TALIM VE TERBIYE
  GELECEK NEDIR?
  SAYGAC
  SAYT YARAT
  REHBERLIK
SIQARETE YOX DEYEK!!!

 

NE VAXTDI KI SAYTDASIZ
HTML KODLARI.com

BU GUN 6 ziyaretçiVAR IDI
MEKTEBEQEDER TEHSIL
Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.
Hazırda ölkədə 107954 uşağı əhatə edən 1635 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 103157 uşağı əhatə edən 1571 məktəbəqədər təhsil müəssisəsi Təhsil Nazirliyi sistemindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi və ümumi təyinatlı 8 məktəbəqədər müəssisədə 16 xüsusi təhsil qrupı fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Ölkə üzrə Təhsil Nazirliyi tərəfindən lisenziya almış 11 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi 15,9% (şəhər yerlərində 23,4%, kənd yerlərində isə 8,4%) təşkil edir.
Son illərdə ümumilikdə məktəbəqədər təhsilin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla birgə müəyyən tədbirlər həyata keçirilib, müasir təlim texnologiyalarının tətbiqi sahəsində bir sıra məqsədyönlü işlər görülüb.
1998-ci ildən ölkənin 18 bölgəsində 51 məktəbəqədər təhsil müəssisəsində Açıq Cəmiyyət İnstitutu–Yardım Fondunun “Addım-Addım” təlim texnologiyasının tətbiqi üzrə müəyyən təcrübə toplanıb, 8 bölgədə treninq mərkəzləri yaradılıb.
1997-ci ildə Azərbaycan Respublikasının hökuməti ilə “SOS – Kinderdorf İnterneyşnl” arasındakı razılaşmaya əsasən bu qurumun Azərbaycanda da fəaliyyətinə qərar verilib.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası 28 sentyabr 1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. SOS Uşaq Kəndi uşaqların cəmiyyətə etibarlı adaptasiyasını təmin edən bir körpüdür. Uşaqlar SOS Uşaq Kəndinə körpəlikdən qəbul edilir və hərtərəfli qayğı ilə təmin olunurlar.
Bakı SOS Uşaq Kəndinin tikintisi 2000-ci ilin sentyabr ayında sona çatdırılıb və 6 oktyabr 2000-ci ildə fəaliyyətə başlayıb. SOS Uşaq Kəndinə ilk vaxtlar valideyn himayəsindən məhrum olmuş 104 uşaq qəbul edilib.
SOS Uşaq Kəndində 14 ailə evi, 2002-ci ilin noyabr ayından isə 4 qruplu uşaq bağçası fəaliyyət göstərir. Bu uşaq bağçasına Bakı SOS Uşaq Kəndində tərbiyə alan uşaqlarla yanaşı, ətraf ailələrdən olan uşaqlar da qəbul olunur.
Ötən müddət ərzində Assosiasiyanın maliyyələşməsi tamamilə “SOS – Kinderdorf İnterneyşnl” tərəfindən həyata keçirilib, böyük həcmdə investisiya hesabına Bakıda və Gəncədə bütün infrastruktura malik SOS Uşaq Kəndləri salınıb, bir sıra sosial layihələr həyata keçirilib və bütün bu işlər uğurla davam etdirilir.
Respublika hökuməti və YUNİSEF tərəfindən 2000-2004-cü illər üçün təsdiq edilmiş “Erkən uşaqlıq dövründə qayğı, inkişaf və valideynlərin təşəbbüskarlığının yaxşılaşdırılması” pilot layihəsi Bakı şəhərinin Nərimanov rayonundakı 183, Sumqayıt şəhərindəki 47 nömrəli körpələr evi-uşaq bağçalarında və Xızı şəhər uşaq bağçasında uğurla həyata keçirilib. Layihənin nəticəsi olaraq Nərimanov rayonundakı 183 nömrəli körpələr evi-uşaq bağçasında “Valideyn-tərbiyəçilərin təhsilə yardımı” İctimai Birliyi yaradılıb və 22 sentyabr 2006-cı il tarixdə Azərbaycan Republikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Təhsil Nazirliyi, YUNİSEF, YUNESKO, Beynəlxalq Sülh Korpusu, Açıq Cəmiyyət İnstitutu, “Dünyaya Baxış” və digər təşkilatların sıx əməkdaşlığı nəticəsində Bakı şəhərindəki 11, 20, 80, 105, 257, Sumqayıt şəhərindəki 30, 40, Mingəçevir şəhərindəki 10, 16, Yevlax rayonundakı 2, 3, 4 nömrəli məktəbəqədər təhsil müəssisələrində - cəmi 12 uşaq bağçasında 78 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlar inkluziv təhsilə cəlb olunub.
Azərbaycan Respublikası Prezidentinin “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 1635 nömrəli 23 avqust 2006-cı il tarixli sərəncamına əsasən respublika üzrə 240 məktəbəqədər təhsil müəssisəsi öz profilini saxlamaq şərtilə özəlləşdirilməyə açıq elan edilib. Onlardan 84 müəssisə, o cümlədən Bakı şəhərində 48, Gəncədə 12, Sumqayıtda 1, Şirvanda 1, Abşeronda 1, Astarada 1, Ağstafada 1, Şabranda 1, Göygöldə 1, Xaçmazda 2, Xızıda 1, İmişlidə 1, İsmayıllıda 2, Qubada 2, Qusarda 1, Qəbələdə 1, Neftçalada 1, Oğuzda 1, Salyanda 2, Şamaxıda 1, Şəkidə 1, Zaqatalada 1 müəssisə özəlləşdirilib.
Hazırda ölkədə fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələri bunlardır: “Şəkər Bala”, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, “XXI əsr” Ümumtəhsil Mərkəzinin uşaq bağçaları, Azərbaycan Beynəlxalq məktəbəqədər təhsil müəssisəsi, “Göyərçin”, Zərifə Əliyeva adına, Binə, “Ləma”, “Çeburaşka”, “Günəş” və “Pleyorena” uşaq bağçaları. Bakı şəhərindəki 4 müəssisə - Zərifə Əliyeva adına, Binə, “Göyərçin”, “Pleyorena” uşaq bağçaları və Sumqayıt şəhərindəki “Ləma” uşaq bağçası ölkə Prezidentinin müvafiq sərəncamına əsasən özəlləşdirilən məktəbəqədər təhsil müəssisələridir.
Son illər məktəbəqədər təhsilə diqqətin və qayğının artırılması nəticəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində 120 yerlik, Xındırıstan kəndində 100 yerlik, Füzuli rayonunun məcburi köçkünləri üçün Zobucuq ərazisində salınmış Zobucuq 1, Zobucuq 2, Zobucuq 3, Zobucuq 4 qəsəbələrinin hər birində 3 qruplu uşaq bağçaları, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonunun məcburi köçkünləri üçün salınmış qəsəbədə 3 qruplu 1 müəssisə, Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 7, 8, 9, 10, 11 nömrəli qəsəbələrin hər birində 50 yerlik 1 müəssisə, Zaqatala rayonunun Mamrux kəndində 2 qruplu 1 müəssisə, Abşeron rayonunun Qobu qəsəbəsində 4 qruplu 1 müəssisə, Qəbələ rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə 70 yerlik 1 müəssisə açılıb. Ağcabədi rayonunun ərazisindəki Alman qəsəbəsində yerləşən Xocavənd rayonunun məcburi köckünləri üçün 3 qruplu uşaq bağçasının fəaliyyəti bərpa edilib.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda beş yaşlı uşaqların məktəbə hazırlığının zəruriliyi qeyd edilib. Bu baxımdan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli fərmanının və buna müvafiq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 247s nömrəli sərəncamının 2.4-cü bəndinin icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən “Məktəbə hazırlığın təşkili qaydaları” hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2010-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilib.
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəyə (TSİİL) əsasən, “Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək” alt-komponenti üzrə icra planına uyğun olaraq məktəbəqədər təhsilin kurikulumunun hazırlanmasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin 7 aprel 2010-cu il tarixli 11/185 nömrəli əmri ilə 23 nəfərdən ibarət işçi qrupu yaradılıb. Kurikulumun hazırlanması istiqamətində işlər davam etdirilir.
Məktəbəqədər təhsil müəssisələri şəbəkəsində mövcud olan problemlərin aradan qaldırılması, onların səmərəli həlli, ölkəmizdə məktəbəqədər təhsilin günün tələbləri səviyyəsində qurulmasının təmin olunması məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi üçün Təhsil Nazirliyində Dövlət Proqramı hazırlanıb, Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli 2089 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” təsdiq edilib.
Proqramda məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi, idarəetmənin yeni iqtisadi münasibətlər zəminində təkmilləşdirilməsi, təşkilat-hüquqi və iqtisadi mexanizmlərin bu müəssisələrin səmərəli fəaliyyətinə yönəldilməsi, məktəbəqədər təhsil xidmətlərinin əhalinin aztəminatlı təbəqəsinin imkanlarına uyğun olması, kadr təminatının yaxşılaşdırılması, yeni kurikulumun hazırlanması, bütövlükdə məktəbəqədər təhsilin ictimai statusunun yüksəldilməsi önəmli vəzifələr kimi qarşıya qoyulub, ən başlıcası isə məktəbəqədər təhsil haqqında ayrıca qanunun hazırlanması nəzərdə tutulub. Bununla müstəqil Azərbaycanın məktəbəqədər təhsil tarixində yeni mərhələnin təməli qoyulub.
ALLAHI UNUTMAYAQ!  
 
html kodları web tasarım
ALLAH TEKDIR BUNU HEC KIM UNUTMASIN!!!
TURK-INGILIS TERCUMESI
www.saatbaba.com

Türkçe - İnglizce / İngilizce - Türkçe Çeviri
Kelime:

© 2008 forex


saat
 
ALLAHDANIQ BIR GUN ONA DOGRU QAYIDACAYIQ!  
 
ALLAHIN BUYURDUQLARINI UNUTMAYIN!!! QADIN BIR INCIDIR INCI ISE SEDEFDE OLAR QADININ SEDEFI HICABDIR !!!
 
KALKULYATOR  
 

k
o
d

ATALAR SOZLERI VE MESELLER
 
SAYT HAQQINDA  
 

SAYTDA ISTEDIYINIZ HER SHEYI TAPACAGINIZA INANIRIQ. TEHSIL HAQQINDA HER SHEY BIZIM SAYTMIZDA DEQIQ MELUMATLARLA YAZILIB...TEHSIL MILLETIN GELECEYIDIR ( HEYDƏR ƏLİYEV )

IP ADRES IP adresi saat
 
SHEIRLER  
  HER GUNE BIR HEDIS OXUSAQ IMANIMIZ ARTAR!!!
www.saatbaba.com
 

BIZI SECDIYINIZ UCUN HER BIRINIZE OZ MINNETDARLIGIMIZI BILDIRIRIK HER ZAMAN BIZIMLE OLUN MELUMATLAR YAZILAR YENILENIR

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol