TEHSILE DORGU BIZIMLE ADDIMLAYIN!!! TEHSIL MILLETIN GELECEYIDIR
 
7-sayli
TEHSIL BIZIM GELECEYIMIZ  
  ANA SEHIFE
  BIZIMLE ELAQE
  FORUM
  HEC NE UNUDULMUR
  INŞALAR
  TOP LISTE LINKLER
  TEXNIKI PESE MEKTEBI
  DERSLIK SIYASETI
  TEHSILIN IQTISADIYYATI
  MANITORINQ VE QIYMETLENDIRME
  BEYNELXALQ EMEKDASLIQ
  UMUMI TEHSIL
  ALI VE ORTA IXTISASLI TEHSIL
  NAZIRLIK
  MEKTEBEQEDER TEHSIL
  MEKTEBDEN KENAR TALIM VE TERBIYE
  GELECEK NEDIR?
  SAYGAC
  SAYT YARAT
  REHBERLIK
SIQARETE YOX DEYEK!!!

 

NE VAXTDI KI SAYTDASIZ
HTML KODLARI.com

BU GUN 5 ziyaretçiVAR IDI
BEYNELXALQ EMEKDASLIQ
Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrinin əsas istiqamətləri tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulma və onların işində yaxından iştirak etməkdən ibarətdir.
Ölkənin təhsil sahəsində beynəlxalq əlaqələrinin əsas koordinasiya mərkəzi olan Təhsil Nazirliyinin səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Respublikası təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi təmin edilib.
Bunun nəticəsidir ki, Azərbaycanın təhsil müəssisələri YUNESKO, YUNİSEF, YUNEVOK, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edir. Beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrındən biri kimi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən TEMPUS/TASİS proqramına Azərbaycanın ali məktəblərinin fəal cəlb olunmasını qeyd edə bilərik. Bu proqram əsasında tələbə mübadiləsi, mütəxəssis hazırlığı, müəllimlərin xaricdə staj keçməsinin təşkilı, ali təhsil müəssisələrinin müasir informasiya texnologiyaları və tədris avadanlıqları ilə təchizatı üzrə bir sıra tədbirlər həyata keçirilib. TEMPUS proqramı çərçivəsində Azərbaycanın ali məktəblərinə göstərilən maliyyə-texniki yardımı təqribən 5.5 milyon avro təşkil edir.
Bu proqramın malıyyə-texniki yardımı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, o cümlədən "Qərb", "Xəzər" və "Təfəkkür" kimi özəl ali məktəblərdə bir sıra məqsədyönlü işlər görülüb.
Təhsil Nazirliyinin çox sıx və səmərəli əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də YUNİSEF-dir. Azərbaycan hökuməti ilə YUNİSEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf və daha yaxşı valideynlik taşəbbüsü", "Fəal təlim və məktəb rəhbərliyi", "İnkişaf üçün təhsil və Usaq Hüquqları Konvensiyası (UHK)", "Təhsil sistemində məlumatların və təkliflərin təkmilləşdirilməsi", "Gənclərin saglamlığı və inkişafı", "Valideyn-Müəllim Assosiasiyasının yaradılması", "Mina Təhlükəsinə dair Maarifləndirmə" kimi layihələr üzrə müvəffəqiyyətlə iş aparılıb.
Bunlarla yanaşı, Təhsil Nazirliyi ABŞ, Fransa, Böyük Britaniya, Qazaxıstan, Almaniya, Rusiya, Çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə, İran, Misir, Hindistan, Ukrayna, Gürcüstan, Moldova, Çexiya, Slovakiya, Özbəkistan və Polşa kimi ölkələrlə birbaşa təhsil əlaqələri yaradıb və bu əməkdaşlıq uğurla davam etməkdədir.
Təhsil Nazirliyinin rəhbərliyi Fransa, Türkiyə, Böyük Britaniya, Rusiya, İran, ABŞ, Almaniya və digər ölkələrlə təhsil sahəsində birbaşa əməkdaşlıq proqramı çərçivəsində həmin ölkələrdə olub, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutan protokollar imzalayıb.
2004-cü ildə Avropa İttifaqının Yeni Qonşuluq Siyasətinə dair qəbul etdiyi Strategiya Sənədində bu qurumun təhsil proqramlarında “yeni qonşular”, o cümlədən Azərbaycanın iştirakı da nəzərdə tutulub. Qeyd olunan proqramlarda Azərbaycanın iştirakı Avropa İttifaqı ilə ölkəmiz arasında təhsil sahəsində qarşılıqlı faydalı əlaqələri yeni mərhələyə yönəldilib.
2005-ci ilin may ayında Azərbaycan Vahid Avropa Ali Təhsil Məkanının yaradılmasını nəzərdə tutan Bolonya prosesinə qoşulub. Bu Azərbaycanın təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha səmərəli inteqrasiyasına geniş imkanlar yaradır. Bolonya prosesi çərçivəsində 2010-cu ilədək regionda Vahid Ali Təhsil Məkanının yaradılması prosesinin başa çatdırılmasının planlaşdırıldığını nəzərə alsaq, qarşıdakı müddətdə Azərbaycanda ali təhsil sahəsində fundamental dəyişikliklərin aparılması zərurəti yaranır. Avropanın 45 ölkəsini əhatə edən bu prosesə daha yaxından və səmərəli inteqrasiya olunmaq üçün Təhsil Nazirliyinin 16.01.2006-cı il tarixli əmri ilə xüsusi Tədbirlər Planı təsdiq olunub. Hazırda Bolonya prinsiplərinin Respublikamızın ali təhsil sistemində tətbiqi istiqamətində ciddi addımlar atılır. Bolonya prinsiplərinin uğurla həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli Sərəncamı ilə daha əsaslı zəmin yaranıb.
Azərbaycan Respublikasının ali məktəbləri xarici ölkələr üçün kadr hazırlığı sahəsində böyük ənənə və təcrübəyə malikdir. Güclü maddi-texniki bazaya və geniş potensiala malik olan ali məktəblərimizdə XX əsrin 70-ci illərindən başlayaraq dünyanın müxtəlif ölkələrindən minlərlə əcnəbi tələbə ayrı-ayrı ixtisaslar üzrə təhsil alır. Bu ənənə bu gün də uğurla davam etməkdədir.
Ali təhsil sistemində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, hazırda Azərbaycanın ali məktəblərində 50-ə yaxın ölkədən 6795 nəfər əcnəbi tələbə təhsil alır. Belə bir nəticə ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi, ən başlıcası isə ölkə daxilində yaradılmış sabit vo sağlam mühit sayəsində əldə edilib. Azərbaycan Respublikası ali məktəblərində əcnəbi vətəndaşlar bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində dövlət hesabına və ya ödənişli əsaslarla təhsil alırlar.
Ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinə, xüsusilə ali məktəblərə əcnəbilərin şəxsi müqavilə əsasında cəlb olunması sahəsində də bir sıra uğurlar əldə olunub. Xarici vətəndaşlarla təhsil müəssisəsi arasında imzalanan müqavilələr əsasında həyata keçirilən belə təhsil ödənişli olduğu üçün ölkəyə xaricdən böyük həcmdə valyuta vəsaitinin cəlb olunmasına zəmin yaradır. Bütün bunlar ali məktəblərimizdə onilliklər boyu əldə edilmiş elmi nailiyyətlərin və təcrübənin səmərəli şəkildə istifadə olunması kimi qiymətləndirilməlidır.
Son illərdə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı xeyli artıb. Son beş ildə hər il dövlət xəttilə təqribən 200 tələbə partyor ölkələrin təqaüd proqramları hesabına xaricə göndərilir. Bu tələbələrin böyük əksəriyyəti Türkiyə, Rusiya, Çin, Misir, Çexiya, Slovakiya kimi ölkələrdə dövlət xəttilə təhsil alır. Hazırda 811 tələbə təhsilin müxtəlif pillələri üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirir. Öz hesabına təhsil alanların sayı isə bir neçə dəfə artıqdır.
Azərbaycan gənclərinin dünyanın ən aparıcı tədris müəssisələrində təhsil almasının vacibliyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti 19 oktyabr 2006-cı il tarixdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” və 16 aprel 2007-ci il tarixində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrədə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” sərəncamlar imzalayıb.
Artıq bu Proqram çərçivəsində 500-dən artıq azərbaycanlı gənc dünyanın bir çox ölkələrinin ali məktəblərinin bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində təhsilə cəlb olunmuşdur. Bu ölkələr arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yeni Zellandiya, Avstriya, Yaponiya, Avstraliya, Cənubi Koreya, İsveç, Niderland və digərlərini göstərmək olar. Proqram çərçivəsində 2007-2015-ci illər ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulub.
Bu gün Azərbaycanın təhsil sistemində Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun "Addım-addım" və "Tənqidi təfəkkürün inkişafı" texnologiyaları, BMT-nin "Davamlı insan inkişafi", YUNESKO-nun "Assosiativ məktəblər", "Qardaşlaşmış məktəblər" layihələri, "Alman Akademik Mübadilə Xidməti", "Gənclərin nailiyyəti" təşkilatlarının proqramları (ümumilikdə 200-dən çox təhsil müəssisəsində) uğurla tətbiq edilir.
Azərbaycan təhsilinin beynəlxalq əlaqələrini tənzimləmək və daha da inkişaf etdirmək üçün lazımi hüquqi baza yaradılıb. Azərbaycan Respublikası artıq ali təhsil sahəsində təhsil sənədlərinin və elmi dərəcələrin tanınması ilə bağh aşağıdakı beynəlxalq konvensıyalara qoşulub:
- Avropa regionu dövlətlərində ali tədris kurslarının, ali təhsil diplomlarının və elmi dərəcələrin tanınması haqqında YUNESKO-nun 1979-cu il Paris Konvensiyası;
- Asiya və Sakit Okean ölkələrində tədris kurslarının, ali təhsil sahəsində diplomların və elmi dərəcələrin tanınması haqqında YUNESKO-nun 1983-cü il Banqkok Regional Konvensiyası;
- Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında 1997-ci il Lissabon Konvensiyası.

Təhsil Nazirliyi tərəfındən beynəlxalq təşkilatlarla birgə həyata keçirilən
layihə və proqramlar

"MDB ölkələri ilə ABŞ-ın qardaşlaşmış məktəblər" layihəsi;
Azərbaycanda peşə təhsilinin inkişafı sahəsində Avropa Təhsil Fondunun Təhsil Nazirliyi ilə birgə layihəsi;
Azərbaycanın təhsil müəssisələrində ingilis dilinin tədrisi metodikasının təkmilləşdirilməsi üzrə Britaniya Şurasının Təhsil Nazirliyi ilə birgə proqramı;
Avropa Şurası ilə “Təhsil vasitəsilə mədəniyyətlərarası dialoq” mövzusunda regional layihə;
Avropa Şurası ilə "Demokratik vətəndaşlıq üzrə təhsil" mövzusunda birgə regional layihə;
Avropa Şurası ilə "Milli azlıqların təhsili sahəsində siyasət" birgə layihəsi;
ABŞ-ın ACCELS təşkilatı ilə birgə layihə;
ABŞ-ın İREX şirkəti ilə əməkdaşlıq proqramı;
Almaniya Akademik Mübadilə Xidməti - DAAD ilə birgə proqram;
Təhsil Nazirliyi, YUNİSEF və "Dünyaya baxış" təşkilatının xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı təlimi üzrə birgə layihəsi;
Azərbaycanda peşə təhsilinin inkişafı üzrə YUNESKO ilə birgə layihə.
ALLAHI UNUTMAYAQ!  
 
html kodları web tasarım
ALLAH TEKDIR BUNU HEC KIM UNUTMASIN!!!
TURK-INGILIS TERCUMESI
www.saatbaba.com

Türkçe - İnglizce / İngilizce - Türkçe Çeviri
Kelime:

© 2008 forex


saat
 
ALLAHDANIQ BIR GUN ONA DOGRU QAYIDACAYIQ!  
 
ALLAHIN BUYURDUQLARINI UNUTMAYIN!!! QADIN BIR INCIDIR INCI ISE SEDEFDE OLAR QADININ SEDEFI HICABDIR !!!
 
KALKULYATOR  
 

k
o
d

ATALAR SOZLERI VE MESELLER
 
SAYT HAQQINDA  
 

SAYTDA ISTEDIYINIZ HER SHEYI TAPACAGINIZA INANIRIQ. TEHSIL HAQQINDA HER SHEY BIZIM SAYTMIZDA DEQIQ MELUMATLARLA YAZILIB...TEHSIL MILLETIN GELECEYIDIR ( HEYDƏR ƏLİYEV )

IP ADRES IP adresi saat
 
SHEIRLER  
  HER GUNE BIR HEDIS OXUSAQ IMANIMIZ ARTAR!!!
www.saatbaba.com
 

BIZI SECDIYINIZ UCUN HER BIRINIZE OZ MINNETDARLIGIMIZI BILDIRIRIK HER ZAMAN BIZIMLE OLUN MELUMATLAR YAZILAR YENILENIR

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol