TEHSILE DORGU BIZIMLE ADDIMLAYIN!!! TEHSIL MILLETIN GELECEYIDIR
 
7-sayli
TEHSIL BIZIM GELECEYIMIZ  
  ANA SEHIFE
  BIZIMLE ELAQE
  FORUM
  HEC NE UNUDULMUR
  INŞALAR
  TOP LISTE LINKLER
  TEXNIKI PESE MEKTEBI
  DERSLIK SIYASETI
  TEHSILIN IQTISADIYYATI
  MANITORINQ VE QIYMETLENDIRME
  BEYNELXALQ EMEKDASLIQ
  UMUMI TEHSIL
  ALI VE ORTA IXTISASLI TEHSIL
  NAZIRLIK
  MEKTEBEQEDER TEHSIL
  MEKTEBDEN KENAR TALIM VE TERBIYE
  GELECEK NEDIR?
  SAYGAC
  SAYT YARAT
  REHBERLIK
SIQARETE YOX DEYEK!!!

 

NE VAXTDI KI SAYTDASIZ
HTML KODLARI.com

BU GUN 5 ziyaretçiVAR IDI
ALI VE ORTA IXTISASLI TEHSIL
Qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da insan kapitalının formalaşmasında ali təhsilin rolu danılmazdır.
1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılması Azərbaycanın təhsil tarixində mühüm hadisələrdən biridir. İlk dəfə 23 ali təhsil ocağında 80 istiqamət, 300-dən çox ixtisas üzrə bakalavr pilləsinə tələbə qəbulu aparılıb. Ötən illər ərzində bakalavr təhsilinin məzmununda köklü dəyişikliklər və yeniləşmələr baş verib. Belə ki, mövcud qaydalar təkmilləşdirilib, dünya təhsil sisteminin tələblərinə uyğun standartlar yaradılıb, tədrisdə kredit sisteminin tətbiqinə başlanılıb.
1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin 17.06.1997-ci il tarixli, 412 №li əmri ilə ilk dəfə ölkəmizin 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci – magistratura pilləsinə keçilməsinə icazə verilib. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 06.04.2005-ci il tarixli, 219 №li fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»yə uyğun olaraq həmin ildən magistraturaya tələbə qəbulu TQDK tərəfindən həyata keçirilir. Nazirlər Kabinetinin 06.07.2002-ci il tarixli qərarı ilə 2001-2002-ci tədris ilindən ali təhsilin magistratura pilləsinin qiyabi şöbəsinə də tələbə qəbulu aparılır.
Ötən əsrin 90-cı illərinin əvvələrindən başlayaraq Azərbaycanın təhsil sistemində islahatlar haqqında müzakirələr getsə də, islahatın konsepsiyası, həyata keçirilmə mexanizmi olmadığından bu istiqamətdə işlər sistematik, planlı şəkildə aparılmayıb. Yalnız 1999-cu ildə «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar məqsədyönlü şəkildə aparılmağa başlayıb. Həmin Proqrama müvafiq olaraq digər pillələrdə olduğu kimi, ali təhsildə də struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub.
Təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. Ali məktəblər elmi şuraların, dövlət attestasiya komissiyalarının tərkibinin, öz daxili strukturunun müəyyənləşdirilməsi, Dövlət təhsil standartları əsasında ixtisaslar üzrə tədris planlarının hazırlanması və digər məsələləri də müstəqil həll etməyə başlayıblar.
Bundan əlavə, 6 ali məktəbə daha geniş müstəqillik verilib və onlar fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmağa başlayıblar. Həmin ali məktəblərin dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşdirilməsi 2001-ci ildən etibarən həyata keçirilir.
Respublika Prezidentinin «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» 13 iyun 2000-ci il tarixli fərmanına muvafiq olaraq mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti Təhsil Nazirliyinə verildikdən və Nazirlər Kabineti tərəfindən “Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında əsasnamə” təsdiq edildikdən sonra qısa müddət ərzində təhsilin keyfiyyətinə nəzarət mexanizmi yaradılıb.
Bundan əlavə, 1999-cu ildə tələbələrin biliyinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqinə eksperiment şəklində başlanılıb. Hazırda bu sistem demək olar ki, bütün ali təhsil müəssisələrini əhatə edir.
Müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedoqoji və metodik ustalığa malik olan müəllim kadrların hazırlığı daim diqqət mərkəzindədir. Bu işin təkmilləşdirilməsi istiqamətində müəyyən tədbirlər görülüb. Belə ki, müəllim kompetensiyasını müəyyənləşdirən professioqram hazırlanıb, ucqar rayonların məktəblərini müəllim kadrları ilə təmin etmək məqsədilə mövcud ixtisas siyahısına (klassifikatora) qoşa ixtisaslar daxil edilib, pedaqoji təcrübə haqqında qaydalar hazırlanıb.
Təhsil Nazirliyi Dünya Bankı ilə birgə Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində «Müəlllim hazırlığı» alt komponenti üzrə «Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası»nı, ibtidai sinif müəllimi hazırlığını təmin edən məzmunca tamamilə yeni kurikulum hazırlayıb və həmin sənədlər təsdiq olunub. Eyni zamanda, «Təhsilin əsasları» fənninin dərsliyi tərtib edilib. İbtidai sinif müəllimi hazırlığı üzrə kurikulumun 3 pilot ali məktəbdə (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti) tətbiqinə başlanılıb.
Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur. Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulub və bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. Boloniya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən müvafiq tədbirlər planına uyğun olaraq, «Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu» təsdiq edilib və müvafiq istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartları hazırlanıb. Azərbaycanın Bolonya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə kredit sisteminin tətbiqinə zərurət yaranıb. Bu sistemin tətbiqi ilə bağlı hüquqi-normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilib, «Ali təhsil müəsissələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə» təsdiq olunub, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqi qərara alınıb. 2006-2007-ci tədris ilində 10 ali məktəbdə başlanan eksperiment 2009-2010-cu tədris ilindən 27 dövlət ali məktəbinin bütün ixtisaslarını əhatə edir.
Bundan əlavə, xarici ölkələrdə təhsil alanların diplomlarının Azərbaycanda tanınması üzrə müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları»na uyğun olaraq Təhsil Nazirliyində Daimi Komissiya və sektor yaradılıb.
Boloniya prosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan biri diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm əhəmiyyət kəsb edən diploma əlavənin hazırlanmasıdır. Diploma əlavənin vahid modeli (nümunəsi) Avropa Komissiyası, Avropa Şurası və YUNESKO-nun ekspertlərinin də daxil olduğu birgə işçi qrupu tərəfindən işlənib hazırlanıb. Həmin model üzrə hazırlanan diploma əlavə məzunların akademik mobilliyini və onların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırır. Bütün bunları nəzərə alaraq ölkəmizdə də müvafiq nümunəyə (modelə) uyğun «Diploma əlavə» hazırlanıb və Təhsil Nazirliyinin 8 avqust 2008-ci il tarixli, 990 №-li əmri ilə təsdiq olunaraq bütün ali məktəblərə göndərilib.
Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini və Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən «Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında» 31 yanvar 2008-ci il tarixli sərəncam imzalanıb. Həmin sərəncamın birinci bəndinə əsasən «2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı» hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb.
Mövcud ali təhsil ixtisaslarının təsnifatının təsdiqindən xeyli vaxt keçməsi, respublika iqtisadiyyatının infrastrukturu və əmək bazarının tələbatının dəyişilməsi, Azərbaycan Respublikasının Boloniya prosesinə qoşulması, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO-nun qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılması, eyni zamanda, həmin təsnifatda respublikada kadr hazırlığı aparılmayan (təxminən 531 ixtisasdan 264 ixtisas üzrə mütəxəssis hazırlığı aparılmır) ixtisasların mövcudluğu onun yenidən işlənməsi zərurətini yaradıb. Təsadüfi deyil ki, bu sənədin yeniləşdirilməsi məsələsi Təhsil Komissiyasında müzakirə olunub, yaradılan işçi qrupu tərəfindən “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı” hazırlanıb və ali məktəblərdə müzakirə edildikdən sonra Nazirliər Kabinetinin 12 yanvar 2009-cu il tarixli, 8 №-li qərarı ilə təsdiq edilib. Siyahıya daxil olan və mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə Dövlət təhsil standartları hazırlanıb və ali məktəblərdə onların tətbiqinə başlanılıb.
«Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu» ölkə Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 №-li fərmanı ilə təsdiq olunub. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli, 247s №-li sərəncamına uyğun olaraq Təhsil Nazirliyinin 25 sentyabr 2009-cuu il tarixli, 1084 №-li əmri ilə «Tədbirlər planı» təsdiq edilib. Həmin plana əsasən təhsillə bağlı normativ-hüquqi bazanın «Təhsil Qanunu»nun tələblərinə uyğunlaşdırılması istqamətində geniş iş aparılır.
Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, bazar münasibətləri şəraitində şəxsiyyətin və cəmiyyətin peşə-ixtisas təhsilinə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin özünəməxsus yeri var. Təhsilin bu pilləsi iqtisadiyyatın müxtəlif səhələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla bir-biri ilə bağlı iki məsələni - gənclərin müxtəlif peşələrə yiyələnməsini və onların ümumi icbari təhsil almalarını həll edir.
Orta ixtisas təhsili ölkədə milli təhsil sisteminin nüfuzunun yüksəlməsində və cəmiyyətin intellektual potensialının formalaşmasında əhəmiyyətli rola malikdir. Bu təhsil kifayət qədər kütləvi ixtisas təhsili kimi vətəndaşların təhsil və mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Hazırda orta ixtisas təhsili müəssisələrinin sayının kifayət qədər olması, onların ölkə ərazisi üzrə bərabər paylanması, bu təhsil pilləsində mütəxəssis hazırlığının nisbətən az müddət və xərc tələb etməsi ölkə iqtisadiyyatının və sosial sferanın tələbatına uyğun orta ixtisaslı kadrların hazırlanmasına geniş imkan yaradır. Bazar münasibətləri şəraitində orta ixtisaslı mütəxəssislərdən yeni peşəkarlıq keyfiyyətləri, sistemli təfəkkür, düşüncə, ekoloji, hüquqi, informasiya bilikləri, kommunikativ mədəniyyət, sahibkarlıq mədəniyyəti, öz fəaliyyətini şüurlu şəkildə təhliletmə qabiliyyəti, qeyri-müəyyənlik şəraitində müstəqil fəaliyyət göstərmək bacarığı, məsuliyyət və s. tələb edilir.
Bu keyfiyyətləri özündə ehtiva edən mütəxəsisslər hazırlamaq üçün orta ixtisas təhsili sahəsində müvafiq islahatların aparılması, bu sistemin şəbəkəsinin və daxili strukturunun təkmilləşdirilməsi, mövcud orta ixtisas təhsili müəssisələrinin bazasında yeni tipli tədris müəssisələrinin yaradılması və təhsilin məzmununa qoyulan tələblərin yenidən müəyyənləşdirilməsi kimi vəzifələrin həll olunması zərurəti yaranıb.
Son illər dövlət tərəfindən təhsil sahəsində aparılan islahatlar nəticəsində orta ixtisas təhsili müəssisələrinin müstəqil fəaliyyəti və inkişafı üçün hüquqi, iqtisadi zəmin yaranıb, orta ixtisas təhsili şəbəkəsi xeyli təkmilləşdirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» 13 iyun 2000-ci il tarixli fərmanı ilə bir sıra dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə orta ixtisas təhsilinin məzmununda köklü dəyişikliklərin aparılmasına, kadr hazırlığı strukturunun və təhsil müəssisələri şəbəkəsinin təkmilləşdirilməsinə imkan yaranıb.
Respublikada yeni tipli orta ixtisas təhsili müəssisələrinin - kolleclərin yaradılması istiqamətində mühüm addımlar atılır. Bir sıra texnikumların birləşdirilməsi nəticəsində onların maddi texniki bazası, pedaqoji kadr potensialı və bu sahədə olan beynəlxalq təcrübə nəzərə alınmaqla yeni tipli orta ixtisas təhsil müəssisələri - kolleclər yaradılıb. Ölkəmizdə müvafiq təhsil müəssisələrinin sayı artaraq hazırda orta ixtisas təhsili müəssisələrinin ümumi sayının yarıdan çoxunu təşkil edir.
Eyni zamanda, ölkədə təhsil komplekslərinin yaradılması sahəsində 2000-ci ildən başlayaraq müəyyən işlər görülür. Belə ki, «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Milli Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Milli Konservatoriyanın nəzdində isə Musiqi Kolleci təşkil edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2004-cü il tarixli 195 saylı qərarı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci yaradılıb.
Son illərdə orta ixtisas təhsili müəssisələrində kadr hazırlığının strukturunda zəruri dəyişikliklər aparılıb. Belə ki, yeni şəraitdə əmək bazarının tələbatına və gənclərin marağına uyğun olaraq neft və energetika, maşınqayırma, informasiya, nəqliyyat və kommunikasiya, sosial-mədəni servis, iqtisadiyyat, biznesin təşkili, marketinq və menecment, iqtisadi və humanitar profilli ixtisaslar üzrə mütəxəssis hazırlığı əhəmiyyətli dərəcədə artıb.
Orta ixtisas təhsilinin məzmununda da dəyişikliklər aparılıb. Belə ki, orta ixtisas təhsili müəssisələrində kadr hazırlığı aparılan ixtisaslar və istiqamətlər üzrə kiçik mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum tələblərə cavab verən orta ixtisas təhsilinin dövlət standartları tətbiq olunub və buna müvafiq yeni tədris plan və proqramları hazırlanıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli 72 saylı qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları»nın tərkib hissəsi olan «Ümumtəhsilin bazis tədris planı»nın tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən orta ixtisas təhsilinin baza təhsil proqramlarının nümunəvi strukturu təsdiq olunub və buna müvafiq tədris plan və proqramlarında lazımi dəyişikliklər aparılıb.
2008-ci ildən orta ixtisas təhsili müəssisələrində eksperiment formasında tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin tətbiqinə başlanılıb. Bu məqsədlə «Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti əsasnamə» hazırlanıb və Təhsil Nazirliyinin 20 fevral 2008-ci il tarixli, 231 №-li əmri ilə təsdiq edilib.
Ötən illər ərzində orta ixtisas təhsilinin normativ-hüquqi bazası, demək olar ki, tam formalaşdırılıb. Orta ixtisas təhsili sahəsində aparılan dövlət siyasəti onun məzmunca dəyişilməsinə, mövcud sosial-iqtisadi şəraitə uyğun mütəxəssis hazırlığının strukturunun təkmilləşdirilməsinə imkan verib.
ALLAHI UNUTMAYAQ!  
 
html kodları web tasarım
ALLAH TEKDIR BUNU HEC KIM UNUTMASIN!!!
TURK-INGILIS TERCUMESI
www.saatbaba.com

Türkçe - İnglizce / İngilizce - Türkçe Çeviri
Kelime:

© 2008 forex


saat
 
ALLAHDANIQ BIR GUN ONA DOGRU QAYIDACAYIQ!  
 
ALLAHIN BUYURDUQLARINI UNUTMAYIN!!! QADIN BIR INCIDIR INCI ISE SEDEFDE OLAR QADININ SEDEFI HICABDIR !!!
 
KALKULYATOR  
 

k
o
d

ATALAR SOZLERI VE MESELLER
 
SAYT HAQQINDA  
 

SAYTDA ISTEDIYINIZ HER SHEYI TAPACAGINIZA INANIRIQ. TEHSIL HAQQINDA HER SHEY BIZIM SAYTMIZDA DEQIQ MELUMATLARLA YAZILIB...TEHSIL MILLETIN GELECEYIDIR ( HEYDƏR ƏLİYEV )

IP ADRES IP adresi saat
 
SHEIRLER  
  HER GUNE BIR HEDIS OXUSAQ IMANIMIZ ARTAR!!!
www.saatbaba.com
 

BIZI SECDIYINIZ UCUN HER BIRINIZE OZ MINNETDARLIGIMIZI BILDIRIRIK HER ZAMAN BIZIMLE OLUN MELUMATLAR YAZILAR YENILENIR

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol