TEHSILE DORGU BIZIMLE ADDIMLAYIN!!! TEHSIL MILLETIN GELECEYIDIR
 
7-sayli
TEHSIL BIZIM GELECEYIMIZ  
  ANA SEHIFE
  BIZIMLE ELAQE
  FORUM
  HEC NE UNUDULMUR
  INŞALAR
  TOP LISTE LINKLER
  TEXNIKI PESE MEKTEBI
  DERSLIK SIYASETI
  TEHSILIN IQTISADIYYATI
  MANITORINQ VE QIYMETLENDIRME
  BEYNELXALQ EMEKDASLIQ
  UMUMI TEHSIL
  ALI VE ORTA IXTISASLI TEHSIL
  NAZIRLIK
  MEKTEBEQEDER TEHSIL
  MEKTEBDEN KENAR TALIM VE TERBIYE
  GELECEK NEDIR?
  SAYGAC
  SAYT YARAT
  REHBERLIK
SIQARETE YOX DEYEK!!!

 

NE VAXTDI KI SAYTDASIZ
HTML KODLARI.com

BU GUN 2 ziyaretçiVAR IDI
MANITORINQ VE QIYMETLENDIRME
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün dəqiq qiymətləndirmə standartlarının olması, şagird nəticələrinin obyektiv qiymətləndirilməsi, müasir qiymətləndirmə metodlarından istifadəyə geniş yer verilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin, müvafiq hesabatların aparılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikasının təhsil sistemində son illər həyata keçirilməyə başlanmış islahatlar sayəsində müəyyən uğurlu nəticələr əldə edilib.
Təhsil sahəsində həyata keçirilən qiymətləndirmə siyasətinin əsas istiqamətləri ölkənin ümumtəhsil sistemində beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə sisteminin hazırlanması və həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Ölkənin təhsil sistemində həyata keçirilən islahatların nəticəsi olaraq azərbaycanlı mü­təxəssislər tərəfindən ABŞ-ın və Avropanın inkişaf etmiş dövlətlərinin qiymətləndirmə sahəsində təcrübəsi öyrənilib, milli xüsusiyyətlərimizə uyğun araşdırmalar aparılıb, “Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası” hazırlanaraq təsdiq edilib. “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar” hazırlanaraq istifadə üçün yerli təhsil orqanlarına, məktəb direktorlarına çatdırılıb və Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində kuri­kulum tətbiq olunan siniflər üçün məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları hazırlan­ıb və pedaqoji ictimaiyyətə təqdim edilib.
Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tərəfdaş ölkələrindən biri kimi 2004-cü ildən PISA (beynəlxalq şagird qiymətləndirilməsi proqramı) çərçivəsində ölkənin təhsil müəssisələrində oxuyan 15 yaşlı şagirdlərin “Yaşamaq üçün öyrənmək” proqramında iştirak edir. Bu proqram üzrə qiymətləndirmə hər üç ildən bir oxu, riyaziyyat və təbiət fənləri üzrə keçirilir. Test tapşırıqları beynəlxalq məsləhətçilər qrupu tərəfindən hazırlanır və təşkilata üzv ölkələrin mütəxəssisləri ilə razılaşdırılır. Azərbaycan Respublikasında PISA-2006 və PISA-2009 beynəlxalq şagird qiymətləndirilməsi proqramları həyata keçirilib.
Eyni zamanda ölkəmiz IV və VIII sinif şagirdlərinin oxu, riyaziyyat və təbiət fənlərinin kuri­kulum üzrə beynəlxalq qiymətləndirilməsi – TIMSS və PIRLS proqramlarına da qoşulub.
Dünya təcrübəsinə əsaslanaraq hər üç ildən bir Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində IV və IX sinif şagirdlərinin ana dili və riyaziyyat fənləri üzrə milli qiymətləndirilməsi aparılır və şagirdlər təlim məqsədlərinə uyğun hazırlanan suallara cavab verir. Şagirdlər, onların valideynləri, fənn müəllimləri və məktəb rəhbərləri sorğularda iştirak edir, müəyyən məqsədlərlə hazırlanan və təhsilin vəziyyətini öyrənməyə xidmət edən suallara cavab verirlər. İmtahanların və sorğuların nəticələri beynəlxalq tələblərə cavab verən xüsusi qiymətləndirmə proqramı ilə emal olunur, nəticələri geniş təhlildən sonra təhsil ictimaiyyətinə çatdırılır. Həyata keçirilən qiymətləndirmələrin nəticələrindən kurikulumların, təlim strategiyalarının təkmilləşdirilməsində, ümumiyyətlə, perspektivlərin müəyyənləşdirilməsində istifadə olunur.
Orta təhsil kursu üzrə buraxılış imtahanlarının optik oxuyucu qurğu tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada aparılmasına 2005-2006-cı dərs ilindən başlanılıb. Bu işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün ilkin olaraq eksperiment qaydasında Bakı şəhərinin Xətai və Respublikanın İmişli rayonlarının ümumtəhsil məktəblərində təlimati işlər aparılıb, şagirdlərin test sualları üzrə imtahanlara hazırlaşmasını təmin etmək məqsədilə sınaq (yoxlama) imtahanları keçirilib. Sonrakı illərdə bu eksperimentin həyata keçirilmə dairəsi tədricən genişlənib və 2008-2009-cu dərs ilindən ölkənin bütün ümumtəhsil məktəblərini və peşə liseylərini əhatə edib. Ümumtəhsil məktəblərinin buraxılış siniflərinin və peşə liseylərinin III kurs şagirdləri səkkiz fəndən – ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən orta təhsil kursu üzrə buraxılış imtahanları verirlər.
2009-2010-cu dərs ilindən ölkənin təhsil müəssisələrinin əsas təhsil pilləsinin buraxılış (IX) siniflərində oxuyan şagirdlər də ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanlarına cəlb olunublar.
Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması imtahan prosesində subyektiv amillərin aradan qaldırılmasına, obyektivliyin və şəffaflığın təmin edilməsinə, təhsilin keyfiyyətinin idarəolunmasına nəzarətin həyata keçirilməsinə mühüm təsir göstərir.
Ümumtəhsil məktəblərində kurikulumlarla bağlı yeni qiymətləndirmə sisteminin tətbiqi şagirdlərin təhsilə münasibətinin dəyişməsinə, onların qiymət almaq xatirinə deyil, həqiqətən müəyyən bilik, bacarıq və dəyərlər sisteminə yiyələnməsinə xidmət edir və nəticə etibarilə Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası prosesini sürətləndirir.

ALLAHI UNUTMAYAQ!  
 
html kodları web tasarım
ALLAH TEKDIR BUNU HEC KIM UNUTMASIN!!!
TURK-INGILIS TERCUMESI
www.saatbaba.com

Türkçe - İnglizce / İngilizce - Türkçe Çeviri
Kelime:

© 2008 forex


saat
 
ALLAHDANIQ BIR GUN ONA DOGRU QAYIDACAYIQ!  
 
ALLAHIN BUYURDUQLARINI UNUTMAYIN!!! QADIN BIR INCIDIR INCI ISE SEDEFDE OLAR QADININ SEDEFI HICABDIR !!!
 
KALKULYATOR  
 

k
o
d

ATALAR SOZLERI VE MESELLER
 
SAYT HAQQINDA  
 

SAYTDA ISTEDIYINIZ HER SHEYI TAPACAGINIZA INANIRIQ. TEHSIL HAQQINDA HER SHEY BIZIM SAYTMIZDA DEQIQ MELUMATLARLA YAZILIB...TEHSIL MILLETIN GELECEYIDIR ( HEYDƏR ƏLİYEV )

IP ADRES IP adresi saat
 
SHEIRLER  
  HER GUNE BIR HEDIS OXUSAQ IMANIMIZ ARTAR!!!
www.saatbaba.com
 

BIZI SECDIYINIZ UCUN HER BIRINIZE OZ MINNETDARLIGIMIZI BILDIRIRIK HER ZAMAN BIZIMLE OLUN MELUMATLAR YAZILAR YENILENIR

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol